AZ

Naxçıvanın gəlir və xərcləri yenidən azaldılır

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 516,4 milyon manat proqnozlaşdırılır.

Cebhe.info xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub

Məlumata görə, bu da 2023-cü illə müqayisədə 88,6 milyon manat və ya 14,7 faiz azdır. Xərclərin azalması əsasən Naxçıvan Muxtar Respublikanın büdcəsində nəzərdə tutulmuş bir sıra təşkilatların və tədbirlərin maliyyələşdirilməsinin 2024-cü ildən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinə keçməsi ilə əlaqədardır. 

Cebhe.info

Seçilən
200
1
cebheinfo.az

2Mənbələr