"Paşinyanın bu məsələni qabartması sırf siyasi xaraker daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistan mətbuatının Nikol Paşinyan hökumətinin 9 noyabr bəyannaməsinin 9-cu bəndini ləğv etməyə çalışdığı barədə yaydığı məlumatı şərh edərkən deyib.
Arif Əliyev deyib ki, 9 noyabr bəyannaməsində göstərilən bəndlərin bir qismi həyata keçirilib, br qismi isə artıq öz əhəmiyyətini itirib. Kommunikasiyaların açılması maddəsi isə hazırkı Ermənistanın mövqeyi və orientasiyasına uyğun deyil:
"Bəyannamənin 9-cu bəndinə görə, kommunikasiya xətlərinin açılması ilə yanaşı, həmin xətlərə nəzarət Rusiyanın nəzarətinə verilməlidir. Yəni Zəngəzur yolu bəyannaməyə görə, Rusiya sərhəd xidmətinin nəzarətinə götürülməlidir. Ancaq bu bənd artıq öz əhəmiyyət və qüvvəsini itirməkdədir. Hazırkı mərhələdə söhbət artıq rus sülhməramlılarının ümumiyyətlə bölgədən çıxmasından gedir”.

Həmsöhbətimizə görə, məsələ daha böyük müstəvidə qoyulur:
"Söhbət bəyannamənin 9-cu bəndinin öz əhəmiyyət və qüvvəsini itirməsi və yeni müqavilənin hazırlanmasından gedir. Həm Bakı, həm də İrəvan müqavilənin əsas şərtlərinin artıq razılaşdırılmasından danışırlar. Yeni müqavilə sülh müqaviləsidir. Bu müqavilə isə həm öz qüvvəsi, həm də əhatə dairəsinə görə 9 noyabr və ondan sonra Moskva və Soçidə verilən bəyanatlardan daha böyük qüvvəyə malikdir. Burada nəzərdə tutulan məsələlər öz həllini əsasən orada tapacaq”.
Ekspert bildirir ki, 9-cu bənd məsələsində Ermənistanın mövqeyi kifayət qədər möhkəmdir:
"Rusiya dəfələrlə bəyan edib ki, Ermənistan 9-cu bəndi dəyişməklə onunla oynamağa çalışır. Amma bu məsələdə İrəvanın da mövqeyi kifayət qədər möhkəmdir. Bu da şəraitin dəyişməsi, Moskva-İrəvan münasibətləri və burada göstərilən şərtin Ermənistan üçün yaradacaq ciddi təhlükə ilə bağlıdır”.
Qeyd edək ki, Ermənistanın "Hraparak” qəzetinin məlumatına görə, bir müddət əvvəl Nikol Paşinyan dar çevrəsinə və öz partiyadaşlarına 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndi ləğv edəcəyini bəyan edib. "Paşinyan uzun müddətdir ki, şəffaf şəkildə buna eyham vurur, sözlərini sətirlər arasında çatdırmağa çalışır, lakin 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bunu demək olar ki, birbaşa bəyan edib. Ermənistan baş naziri hətta yollara nəzarətlə bağlı yerli Milli Təhlükəsizlik Xidmətinə xüsusi bölmə yaradılacağını bildirib”, deyə yazıda bildirilir.
Rüfət Sultan