SSRİ Xalq artisti Alla Puqaçovanın Rusiya Federasiyasına qayıtmasının səbəbi bəlli olub.
Axşam.az xəbər verir ki, bu haqda "Shot" teleqram kanalı məlumat yayıb. Məlumata görə, müğənni əlavə vəsiyyətnamə tərtib etmək və ailənin son səfərdə özləri ilə götürmədiyi övladları ilə bağlı bütün sənədləri götürmək üçün Moskvaya gəlib.
Məlumdur ki, A.Puqaçova çoxdan bütün əmlakını kiçik övladlarına - Liza və Harriyə vəsiyyət edib, lakin Moskva yaxınlığındakı Qryaz kəndindəki qəsrin sahibi hələ də onun əri, şoumen Maksim Qalkindir. Müğənninin əvvəlcə notariusla bu qalanın övladlarına miras qalması ilə bağlı bəzi məsələləri həll etməli olduğu vurğulanır. Onun məqsədi həm də uşaqlar üçün Kiprin Limassol şəhərində yeni mənzillərinə köçmə prosesini başa çatdırmaq üçün lazım olan bəzi sənədlər olub.
Alla Puqaçova əri, şoumen Maksim Qalkinə xarici agent statusunun götürülməsi məsələsini həll etməyə çalışır.
Qeyd edək ki, ifaçının bir müddət əvvəl şoumen həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə İsraildən Kiprə köçdüyü məlum olmuşdu. O, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra İsraildə yaşamağa qərar vermişdi.
BiG.Az