AZ

11 il sonra İran və Səudiyyə lideri görüşdü - Foto

İran Prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyadda görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Məlumata görə, görüş Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ər-Riyadda keçirilən fövqəladə birgə sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, bu görüş, İran və Səudiyyə Ərəbistanının dövlət başçıları arasında son 11 ildə ilk təkbətək görüş idi.

Seçilən
60
18
axar.az

10Mənbələr