Bu gün Xızıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Adalet.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.Məlumata görə, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Xızı” QPS-də nasaz vəziyyətdə olan qızdırıcı qurğunun baypas kranının işlək kranla əvəz edilməsi ilə bağlı 13.11.2023-cü il tarixində saat 10:00-dan 17:00-dək “Xızı” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.Bildirilib ki, təmir işləri aparılan müddətdə Xızı şəhəri daxil olmaqla rayonun 4 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta