Dünya 14:30 06.10.2022

1,6 milyondan çox ukraynalı zorla Rusiyaya deportasiya edilib - Zelenski

Rusiya 1,6 milyondan çox ukraynalını zorla deportasiya edib, onların çoxu filtrasiya düşərgələrindən keçib və sənədsiz qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Vladimir Zelenskinin mətbuat xidməti https://www.president.gov.ua/news/nam-potribna-vasha-pidtrimka-shob-priskoriti-nastannya-miru-78305 prezidentin Amerika Dövlətləri Təşkilatının (OAS) Baş Assambleyasının sessiyasının iştirakçılarına müraciətinə istinadən məlumat yayıb.

"Artıq 1,6 milyondan çox ukraynalı məcburi şəkildə Rusiyaya deportasiya edilib. Onlar bu dövlətin ucqar rayonlarına səpələniblər. Onların bir çoxunun sənədləri əlindən alınıb, bir çoxu işğalçıların məsxərəyə qoyduğu və qorxutduğu dəhşətli filtrasiya düşərgələrindən keçib. Bunlar - insandır. Ancaq Rusiya üçün bu, həm də resursdur”.

Zelenski qeyd edib ki, Ukraynanın müharibədə qalib gələcəyinə heç bir şübhəsi yoxdur, lakin indi sual Rusiyanın məğlubiyyətini etiraf etməzdən əvvəl daha neçə ukraynalını qaçırıb öldürə biləcəyidir.

O qeyd edib ki, Rusiya Federasiyası əvvəllər imperiyalar dövründə olduğu kimi dövləti öz müstəmləkəsinə çevirmək üçün öz ordusunu Ukraynaya göndərib. Prezident qeyd edib ki, milyonlarla ukraynalı azadlıq və öz dövləti üçün ayağa qalxıb və Rusiyaya o köhnə ədalətsiz vaxtı qaytarmağa imkan verməyəcək.

"Biz torpağımızı mümkün qədər tez azad etmək, bütün xalqımızı bu işğaldan tezliklə xilas etmək üçün hər şeyi edirik. Rusiyanın yaratdığı uzun ukraynalı qurbanlar siyahısına son qoymaq üçün hər şeyi edirik".

Xatırladaq ki, iyun ayında baş nazirin müavini İrina Vereşçuk Rusiyanın 1 milyon 200 minə yaxın Ukrayna vətəndaşını öz ərazisinə deportasiya etdiyini, onlardan 240 mini uşaq olduğunu deyib.
 
Alpər