Ölkə 10:58 28.09.2022

17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı araşdırma başladı (YENİLƏNİB)

Şüvəlanda 17 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

"Əslində, bu məsələ ilə bağlı həm DİN, həm də Xəzər rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyi və Ailə Qadın, Uşaq Probemləri Dövlət Komitəsi birlikdə reaksiya verməlidir. Düşünürəm ki, adı gedən qurumlar məsələyə öz münasibətlərini bildirib”, deyə Kəmalə Ağazadə bildirib.

11.10
 
Bakıda 17 yaşlı qız zorla ərə verilir.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Rahil Sayadoğlu yazıb.
 
Onun sözlərinə görə, hadisə Bakının Şüvəlan qəsəbəsində baş verib:

"Qız 11-ci sinifdə oxumalıdır. Amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. 2 həftə sonra da toyları olacaq. Toya az qalıb, amma qız taleyi ilə barışmır. Deyir ki: "Mən evlənmək yox, oxumaq istəyirəm".

Bahar