Dünya 14:41 26.06.2022

4 nəhəng ölkə Rusiyadan qızıl idxalına qadağa qoydu

Britaniya hökuməti iyunun 26-sı, bazar günü verdiyi açıqlamada üç ABŞ, Yaponiya və Kanada ilə birlikdə Rusiyadan yeni qızıl idxalına qadağa qoyacağını açıqlayıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Büyük Biritaniya dövlətinin verdiyi məlumata görə, bu, Ukraynaya hərbi müdaxiləyə görə Moskvaya qarşı sanksiyaların artırılması ilə bağlıdır.

Britaniyanın baş naziri Boris Conson sanksiyaları Rusiya oliqarxlarına və Putinin döyüş maşınına birbaşa zərbə kimi qiymətləndirib.

M.Arif