Dünya 12:46 23.08.2022

ABŞ-dan vətəndaşlarına yeni xəbərdarlıq: “Ukraynanı dərhal tərk edin”

ABŞ kəşfiyyatı Rusiyanın Ukraynada mülki infrastruktur və dövlət obyektlərinə gözlənilən hücumları ilə bağlı məlumatlara malikdir.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ mediası rəsmilərə istinadən məlumat yayıb.

"Bizim məlumatımız var ki, Rusiya yaxın günlərdə Ukraynada mülki infrastruktura və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri gücləndirəcək. Rusiyanın Ukraynadakı təcrübəsini nəzərə alaraq, biz Rusiyanın zərbələrinin mülki əhali və mülki infrastruktur üçün davam edən təhlükədən narahatıq”, - "Reuters” ABŞ rəsmisindən sitat gətirib.

Dövlət Departamenti yenidən ABŞ vətəndaşlarını təhlükəsi ilə əlaqədar Ukrayna ərazisini dərhal tərk etməyə çağırıb.

Ukrayna Müdafiə Nazirliyi vətəndaşlardan Ukraynanın Müstəqillik günündə xüsusilə diqqətli olmalarını xahiş edib. Baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov bildirib ki, "həm ölkə daxilində, həm də sərhədlərdənkənar raket zərbələri və digər təxribatlar təhlükəsi artır. Rusiya və Putin rejimi Ukraynanın müstəqilliyinə hücum edib. Onlar həqiqətən tarixlərə və simvollara "alüdə” olublar, buna görə də onu sığortalanmaq və Müstəqillik Gününün hücuma məruz qalacağına hazır olmaq məntiqli olardı.

Xatırladaq ki, bu gün (23 avqust) Ukrayna Dövlət Bayrağı gününü, 24-də isə Müstəqillik gününü qeyd edir.

Nizami Bağırov