Siyasət 09:45 06.08.2022

ABŞ dövlət katibinin Əliyev və Paşinyanla söhbətinin detalları açıqlandı

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda söhbət edib və hər iki tərəfi Dağlıq Qarabağda gərginliyi azaltmağa birbaşa dialoqa çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Vurğulanır ki, Blinken ABŞ-ın "Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyəti diqqətlə izlədiyini” vurğulayıb.

"O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn məsələlərin həlli üçün Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa çağırıb", deyə press-relizdə qeyd edilir.

Alpər