Dünya 11:26 22.06.2022

ABŞ-ın qoşulduğu bu insani müqaviləyə yalnız iki ölkə qoşulmur...

ABŞ piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasına qoşulub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin saytındakı bəyanatda deyilir.

ABŞ-ın mina ehtiyatlarının təxminən 3 milyon ədəd olduğu qeyd edilir. Hakimiyyət Koreya yarımadasının müdafiəsi üçün istifadə edilən minalar istisna olmaqla, bu silah növünü məhv etmək niyyətindədir, lakin onların sayı göstərilmir.

"Öhdəlik Koreya yarımadasından kənarda ABŞ-ın mina siyasətini bütün NATO müttəfiqlərimiz də daxil olmaqla 160-dan çox tərəfin daxil olduğu minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edən beynəlxalq müqavilə olan Ottava Konvensiyasının əsas tələbləri ilə uyğunlaşdıracaq”, - mesajda deyilir.

Xatırladaq ki, 2020-ci ildə Barak Obama tərəfindən 2014-cü ildə qoyulmuş piyada əleyhinə minaların Koreya yarımadasından kənarda istifadəsinə qoyulan qadağa ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən ləğv edilib.

Ottava müqaviləsinə qoşulmayan piyada əleyhinə minaların əsas ixracatçıları arasında bu gün yalnız Çin və Rusiya qalıb.
 
Alpər