Dünya 15:13 24.06.2022

ABŞ Senatı tarixi silaha nəzarət qanununu qəbul etdi

ABŞ Senatı silaha nəzarət haqqında qanun layihəsini qəbul edib.

Qaynarinfo BBC saytına istinadla xəbər verir.

Bu təxminən 30 ildə ən əhəmiyyətli odlu silah qanunudur. 

Yeni qanun gənc silah alıcıları üçün daha sərt yoxlamalar tələb edir və ştatları təhlükəli hesab edilən insanlardan silahları geri almağa təşviq edir.

Prezident Joe Biden tərəfindən imzalanmasından əvvəl, qanun hələ aşağı palatanın təsdiqini də alamlıdır. 

"Bu gecə, 28 illik fəaliyyətsizlikdən sonra, Konqresin iki partiyalı üzvləri ölkə daxilində ailələrin çağırışına qulaq asmaq üçün bir araya gəldilər və icmalarımızda silah zorakılığı bəlasına qarşı mübarizə aparmaq üçün qanun qəbul etdilər",-  Bayden deyib. 

Qanun layihəsi keçən ay Nyu-Yorkun Buffalo şəhərindəki supermarketdə və Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə 31 nəfərin ölümünə səbəb olan kütləvi qətldən sonra müzakirəyə çıxarılmışdı.

Yeni qanuna aşağıdakılar daxildir:

21 yaşdan kiçik alıcılar üçün daha sərt məlumat yoxlanışı

Psixi sağlamlıq proqramları və məktəblərin təhlükəsizliyinin yüksəldilməsi üçün federal büdcəyə 15 milyard dollar əlavə yardım

Ştatları təhlükəli hesab edilən insanlardan odlu silahları ələ keçirməyə imkan verən "qırmızı bayraq" qanunlarını tətbiq etməyə təşviq üçün maliyyə

"Sevgili boşluğu” adlandırılan, evli olmayan, yaxın partnyorlarını istismar etməkdə təqsirli bilinənlərə silah satışının qarşısını almaq

Qanun layihəsi həm də ona görə əhəmiyyətlidir ki, son onilliklər ərzində ilk dəfədir ki, təklif olunan islahatlar həm Demokratlar, həm də Respublikaçılar tərəfindən bu səviyyədə dəstək alır.

Hazırda ABŞ-da təxminən 393 milyon odlu silah var.

Amerika dünyanın zəngin ölkələri arasında odlu silahdan ən yüksək ölüm nisbətinə malik ölkədir. Silah Zorakılıq Arxivi qeyri-kommersiya tədqiqat qrupunun məlumatına görə, bu il ABŞ-da qətllər və intiharlar da daxil olmaqla, 20,900-dən çox insan silahlı zorakılıq nəticəsində öldürülüb.

Nurlan Hüseynov