Dünya 21:03 15.06.2022

ABŞ Ukraynaya daha 1 milyard dollarlıq hərbi yardım ayırdı

Çərşənbə günü, iyunun 15-də ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edərək, ABŞ-ın Ukraynaya daha 1 milyard dollarlıq hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Ağ Evin rəhbəri təsdiqləyib ki, "onun demokratiyasını müdafiə etmək və Rusiyanın əsassız təcavüzü qarşısında suverenliyini və ərazi bütövlüyünü qorumaq" üçün Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməkdə davam edəcək. 

Yeni yardım paketinə artilleriya və sahil müdafiə vasitələri, həmçinin artilleriya və raket sistemləri üçün döyüş sursatları daxil olacaq. Bundan başqa, ABŞ prezidenti Ukraynaya əlavə 225 milyon ABŞ dolları məbləğində humanitar yardımın verilməsini təsdiq edib. 

Nizami Bağırov