Ölkə 12:52 19.08.2022

Şabrandakı DƏHŞƏTİN görüntüləri (VİDEO/FOTO)

Şabran rayonunda 4 gündür davam edən yanğının görüntülərini əldə etmişik.
 
Qaynarinfo xəbər verir ki, davam edən yanğın artıq Siyəzən rayonun ərazisinə də keçib.
 
Yanğın kəndin 13 rayonunun ərazisini əhatə edib.
 
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus "BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edir. 
 
Yanğınsöndürmə əməliyyatları əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilir.

Həmin görüntüləri təqdim edirik: