Ekonomiks 17:16 28.07.2022

“Açıq mikrofon” aksiyası qazilərin marağına səbəb olub (FOTOLAR)

Sakinlərin qazla bağlı şikayət və təkliflərinin yerində dinlənilməsi məqsədi ilə "Azəriqaz” İB-nin "Açıq mikrofon” aksiyası bu dəfə respublikanın dağlıq rayonlarından olan Qubada qurulub.

İB-dən Qaynarinfo-ya bildirilib ki, böyük marağa səbəb olan aksiyada sakinlər qazla bağlı müraciətlərini açıq ifadə ediblər. Əsasən yaşayış məntəqəsinin qazlaşması, yaranmış borcun araşdırılması, fərdi evlərə qaz xəttinin çəkilməsi və sair ilə bağlı vətəndaşların müraciətləri Birlik əməkdaşları tərəfindən həm dinlənilib, həm də rəhbərliyə çatdırılması üçün qeydiyyata alınıb. 44 günlük Vətən müharibəsində yaralanan qazilərimiz də tədbirdə iştirak edərək işlə təmin olunmalarına köməklik göstərilməsini istəyiblər.

Qeyd edək ki, "Açıq mikrofon” aksiyasında səsləndirilən və qeydiyyata alınan bütün müraciətlərin icrasına Birlik rəhbərliyi nəzarət edir.