Ölkə 11:53 13.07.2022

Ailəsindən 130 min manat oğurlayan şəxs saxlanıldı

Qubada oğul öz evindən 130 min manatlıq oğurluq edilib.

Qaynarinfoxəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Alekseyevka kəndindəki evlərin birindən içərisində 130.000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu A.Bayramov, tanışları N.Nəcəfov və L.Sərkərov saxlanılıblar.

Araşdırma aparılır.