Sənət 13:46 15.08.2022

Alim Qasımovdan 65 yaşın duası

"Dünən Bakıdan tamam aralanıb, dağlara çıxmışdıq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, muğam ifaçısı Alim Qasımov doğum günündən danışarkən deyib. Sənətkar 65 yaşını ailəsi ilə keçirdiyini bildirib:

"Ailəmdən savayı məclisdə heç kim yox idi. Yayın istisində heç kəsə əziyyət vermək istəmədim. Allahın verdiyindən yedik-içdik, yubileyi qeyd etdik. Axşamdan telefonu da bağlamışdım, elə indi açmışam, zənglər gələndə adamın fikiri yayınır. Gözəl bir gün idi”. 
 
65 yaşlı yubliyar arzusunu da dilə gətirib:
 
"Arzum böyükdür. Allah dərdimizi azaldıb, sayımızı çoxaltsın, Azərbaycan xalqının üstündən bütün qara buludları yığışdırsın, bütün insanlar xoşbəxt həyat sürsün, mənim ailəm də onun içində".

Bahar Rüstəmli