Dünya 11:25 03.10.2022

Almaniya Ukraynaya daha fəal kömək etməkdən imtinanın səbəbini açıqladı

Almaniyanın NATO-dakı daimi nümayəndəsi Rüdiqer Koeniq "Spiegel” nəşrinə müsahibəsində bildirib ki, Ukrayna NATO-nun üzvü deyil, ona görə də alyans Ukrayna prezidenti Vladimir Zelenskinin çağırışlarına baxmayaraq, onun ərazisindəki hərbi əməliyyatlarda fəal iştirak etmir.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, Koeniq alyansın bu cür hərəkətlərinin blokun bütün ölkələrinin iştirak edəcəyi "çox böyük müharibə" demək olacağını vurğulayıb.

Eyni zamanda, NATO-nun Ukraynaya necə kömək etməsi ilə bağlı sualı şərh edən daimi nümayəndə qeyd edib ki, "bir Avropa ölkəsinin tutulacağı ilə sadəcə razılaşmaq olmaz” və əlavə edib ki, "bir çox ayrı-ayrı ölkələr” Ukraynaya silah və pul göndərirlər. O, həmçinin xatırladıb ki, alyansa üzv dövlətlər "Ukraynada hərbi əməliyyatlar zamanı Rusiyanın beynəlxalq hüququ pozduğunu açıq şəkildə bəyan edir”, Aİ ölkələri Rusiyaya qarşı, xüsusən də Rusiya banklarına və Rusiya məhsullarının tədarükünə qarşı sanksiyalar tətbiq edir.
 
Alpər