Ukrayna ərazisinin tammiqyaslı işğalı başlayandan bəri Rusiya ordusu ən azı 8044 adda hərbi texnika itirib.
Bu barədə Qaynarinfo "Oryx”ə istinadən xəbər
verir.
Foto və videomateriallarla təsdiqlənən məlumatlara görə, texnikanın 4927 ədədi məhv edilib, 198-i zədələnib, 300-ü tərk edilib, 2619-u ələ keçirilib.
Analitiklər qeyd edirlər ki, Rusiyanın itkiləri aşağıdakılardan ibarətdir:
* 1504 tank (862-si məhv edilib, 522-si ələ keçirilib);
* 718 zirehli döyüş maşını (439-u məhv edilib, 245-i ələ keçirilib);
* 1748 piyada döyüş maşını (1078-i məhv edilib, 553-ü ələ keçirilib);
* 154 reaktiv buraxılış raket sistemi;
* 80 zenit-raket kompleksi;
* 63 təyyarə;
* 71 helikopter.
Nizami Bağırov
Şərhlər