İdman 10:03 01.10.2022

Argentina millisinin sabiq futbolçusu basketbola başladı

"İnter”in keçmiş hücumçusu Rodriqo Palasio özünə yeni məşğuliyyət tapıb.

Qaynarinfo xəbər verir ki, karyerasını bitirən 40 yaşlı argentinalı hücumçu basketbol oynamağa başlayıb. Sonuncu dəfə İtaliyanın B Seriyasında "Breşiya"nın formasını geyinmiş Palasio komandasından ayrılandan sonra karyerasını futbolçu bitirdiyini açıqlayıb. 

Bir müddətdir İtaliyanın D Seriyasında "Qaregnano”da basketbol oynayan sabiq futbolçu, futbol klublarından təklif almasına baxmayaraq, həyatında yeni səhifə açmağa qərar verib.

2012-2017-ci illərdə "İnter"in formasını geyinmiş Palasio Argentina millisində də 27 oyun keçirib və 3 qola imza atıb.

Səbuhi Həsənov