AZ

Çinin ən böyük məscidi - Bayram Kah

Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən qədim şəhərlərindən biri, Çinin Sincan-Uyğur Muxtar Bölgəsində yerləşən Kaşqar şəhərində çoxlu tarixi abidələr var. Onlardan biri də Bayram Kah (Eid Kah) məscididir.

Hafta.az-ın yazdığına görə, Bayram Kah Mərkəzi Asiyanın ən böyük məscidlərindən və Çinin ən böyük məscididir.

VII əsrdə əsası qoyulan və 1442-ci ildə yenidən tikilən məscidin binasında Orta Asiyanın memarlıq və tikinti ənənələrinin ən qabaqcıl üsulları nəzərə alınıb. Ümumi sahəsi 16800 kvadratmetrdir və 7 hissədən ibarətdir.

Tarixi məlumatlara görə, bir vaxtlar Bayram Kah məscidi İslam mədəniyyətini təbliğ edən mühüm postlardan biri olub. Gələnlərə moizə oxuyan müəllimlər var idi. Məsciddə eyni vaxtda 10 min müsəlman namaz qıla bilərdi. Bundan əlavə, onlar insanlara öz istedadlarını inkişaf etdirməyə kömək ediblər.

Yerli sakinlərin rəvayətlərinə görə, “Bayram Kah” sözü “Bayram günləri namaz qılmaq” mənasını verir.

Kaşqar təkcə Sincanın ürəyi deyil, həm də Böyük İpək Yolunun kəsişməsində yerləşən ən qədim şəhərlərdən biridir.

1962-ci ildə şəhər tarixi memarlıq kompleksi kimi tanınan məscid 2001-ci ildə Çin Xalq Respublikasının xüsusi mühafizə olunan mənəvi və mədəni yerləri siyahısına daxil edilib.

Kaşqarın əlverişli iqlimi, münbit torpağı və zəngin təbiəti var. Yerli sakinlər ticarət və əkinçiliklə məşğul olurlar. Şəhərin kənarında pambıq emalı və maşınqayırma zavodu olan sənaye zonası mövcuddur.

Seçilən
92
16
hafta.az

10Mənbələr