Rəfah keçid məntəqəsini keçən rusların ikinci qrupu Qahirəyə hərəkət edib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"99 vətəndaş, o cümlədən 43 uşaq avtobusla Rəfəh keçid məntəqəsindən Qahirəyə yola salınıb. Operativ qərargah onları qəbul etməyə hazırdır, insanlara lazımi köməklik göstəriləcək", - mətbuat xidmətindən bildirilib.
Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, vətəndaşları idarənin həkimləri və psixoloqları müşayiət edəcək.
İki gün ərzində ümumilikdə 169 Rusiya vətəndaşı keçid məntəqəsini keçib.
Cavid
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta