
Bakı, 21 avqust, AZƏRTAC
“Gəncə” voleybol komandası yeni transferini reallaşdırıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “sarı-göylər” Amina Ramazanova ilə 1 illik müqavilə imzalayıb.
Voleybolçu ötən mövsümü “Murov Az Terminal” klubunda keçirib.