AZ

Təmsilçilərimiz dünya çempionatında

Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər.

 

Sportnet.az xəbər verir ki, ölkəmizi yarışda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adından 2 idmançı təmsil edəcək.

 

Kanoe yarışında Paşa Əsgərov mükafatçılar sırasına düşməyə çalışacaq. Kayak növündə isə Ceyhun Vəlixanov mübarizə aparacaq.

 

Mundial avqustun 23-25-də gerçəkləşəcək.


Seçilən
46
16
sportnet.az

10Mənbələr