AZ

Qərb və Hindistan İran vasitəsiylə Ermənistanı silahlandırır

Caliber.az saytı İran vasitəsilə Ermənistana verilən Qərb silahlarının siyahısı dərc edib. İnformasiyanın siyasi komponentini bir kənara qoyub siyahıya baxaq:

- Fransa istehsalı olan SEZAR haubitsa.

- Fransa istehsalı olan "hava-hava" tipli raketlər R511 (mənzil-8 km) və R530 (mənzil-40 km). (SU-30-a inteqrasiya oluna bilər)

- Fransa istehsalı olan ERYX tank əleyhinə kompleks. Tellə idarəetmə. Menzil - 600 metr.

- Almaniya istehsalı olan qumbaraatan DM32. Nəzarətsiz atış. Aralığı - 300-400 metr

- Almaniya istehsalı olan tank əleyhinə qumbaraatan Panzerfaust 3. Nəzarətsiz atış. Aralığı - 300-400 metr

- Apilas birdəfəlik əl raket qumbarası. Nəzarətsiz atış. Aralığı 400-500 metr.

- Amerika istehsalı olan TOW tank əleyhinə kompleks. Tellə idarəetmə. Menzil 3-4km.

Qeyd edilir ki, silah tədarükçüləri siyahıya Almaniya da daxil olub. Bundan başqa sayt Ermənistanla İran arasında 500 mln dollar məbləğındə silah alverini də xatırladır.

Seçilən
138
anspress.com

1Mənbələr