"Beşiktaş"ın futbolçusu Cekson Muleka komandadan ayrılıb. Sport24.az xəbər verir ki, konqolu hücumçu icarə əsasında Səudiyyə Ərəbistanının "Əl Xolood" kollektivinə keçib. Onunla 1 illik müqavilə imzalanıb.
"Beşiktaş" bu icarə haqqından 1 milyon avro qazanacaq.
Qeyd edək ki, Muleka "Beşiktaş"la 60 matçda meydanda olub və 9 qolla yadda qalıb
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta