AZ

"Neftçi"nin futbolçusu ilə bağlı qərar

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

 

Sportnet.az xəbər verir ki, yığıncaqda “Neftçi”nin apellyasiya şikayətinə baxılıb.

 

Müraciət qismən təmin edilib. Azərbaycan Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra azarkeşlərə kənar əşya atan Ervin Koffinin cəzası yüngülləşdirilib.

 

2 oyun cəzalanan legionerə tətbiq olunan diskvalifikasiyanın çəkilməmiş hissəsi, yəni 1 matçı şərti xarakter daşıyacaq. Ona 3 ay sınaq müddəti təyin edilib. “Neftçi”nin 2000 manat cərimə edilməsi ilə bağlı qərar dəyişməz qalıb.


Seçilən
37
3
sportnet.az

5Mənbələr