AZ

"Qarabağ" - "Turan Tovuz" oyununun biletləri satışda

Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Turan Tovuz” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.

 

Sportnet.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

 

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

 

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

 

Qeyd edək ki, avqustun 24-də təşkil olunacaq qarşılaşma saat 18:45-də başlayacaq.


Seçilən
17
24
sportnet.az

10Mənbələr