Əməliyyat zamanı qadın və körpəsi dünyasını dəyişiblər
Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişiblər. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Regional Perinatal Mərkəzində baş verib.
Belə ki, Xaçmaz rayon Hülövlü kənd sakini 2000-ci il təvəllüdlü Samirə Bəhruz qızı Nəsirova doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Əməliyyat zamanı o və körpəsi dünyasını dəyişiblər.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta