AZ

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Avrokubokların pley-off mərhələsinin cavab matçlarından sonra ölkələrin UEFA reytinqi müəyyənləşib.

 

Sportnet.az xəbər verir ki, Azərbaycanın ötən həftə ilə müqayisədə mövqeyi dəyişməyib.

 

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

 

"Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo" (Zaqreb) kollektivinə uduzub - 0:3.

 

"Zirə" UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya məğlub olub - 0:6.

 

25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.

 

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.


Seçilən
10
11
sportnet.az

10Mənbələr