AZ

Ronaldu mövsümə qolla başladı

Səudiyyə Ərəbistanı çempionatında yeni mövsümün açılış oyunu keçirilib.

 

Sportnet.az xəbər verir ki, "Əl-Nəsr "Əl Raed"i qəbul edib.

 

Qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1. Oyunda hesabı meydan sahibləri açıblar. Kriştianu Ronaldu 34-cü dəqiqədə fərqlənib. Ancaq qonaqlar 49-cu dəqiqədə hesaba tarazlıq gətiriblər.

 

Qeyd edək ki, “Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında ikinci yeri tutub.


Seçilən
41
2
sportnet.az

3Mənbələr