AZ

Təmsilçimizə növbəti təyinat

Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.

 

Sportnet.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, D qrupunda yer alan Estoniya və Xorvatiya komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

 

Avqustun 24-də Estoniyanın paytaxtı Tallində keçiriləcək oyunun hakimləri polşalı Maqdalena Nevyarovskа və almaniyalı Benedikt Qеukеs olacaq.


Seçilən
56
5
sportnet.az

7Mənbələr