AZ

"Qarabağ" yeni transferini açıqladı

"Qarabağ" növbəti transferini reallaşdırıb.

Klubdan Sportnet.az-a verilən məlumata görə, bir müddətdir İspaniyanın "Alkorkon" klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameyilli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.

Klub və 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. Addainin son komandası 2022-2024-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.


Seçilən
4
31
sportnet.az

10Mənbələr