Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslərə müraciət edib.
Publika.az xəbər verir ki, müraciətdə işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslərin aşağıdakı tələblərə riayət etmələri vurğulanıb:
- şəxsiyyəti təsdiq edən sənəd daim üzərində olmalı;
- sənədlərin, şəxsi əşyaların və avtomobilin baxış üçün təqdim olunması və s. haqda polis əməkdaşının qanuni göstərişləri yerinə yetirilməli;
- avtomobildə yaranmış texniki nasazlıq, üzləşdiyi qəza, yanğın, partlayış və digər hadisələr, tapılan silah, sursat, partlayıcı maddə və başqa əşyalar barədə dərhal DİN-in "102" Xidmətinə məlumat verilməli;
- əvvəlcədən müəyyən olunmuş marşrutdan yayınmamalı və alternativ yollarla hərəkət etməməli;
- mənşəyi məlum olmayan əşyalara toxunmamalı;
- hərbi texnikanın və hərbi obyektlərin video və foto çəkilişini aparmamalı;