AZ

“Qardaşımdan qalan dünya” – şair və alim ömrünün bədii sözlə ifadəsi

“Qardaşımdan qalan dünya” – şair və alim ömrünün bədii sözlə ifadəsi

“Qardaşımdan qalan dünya” poeması ədəbiyyatımızda və elmimizdə silinməz izləri olan iki qardaş - Hüseyn Kürdoğlu və Şirindil Alışanlının xatirəsinə bir yurddaş sevgisinin bədii sözlə ifadəsidir. Bir neçə ay öncə böyük ədəbiyyatşünas alim, professor Şirindil Alışanlının vaxtsız ölümü təkcə doğmalarının deyil, onun dostlarının və qalan yoldaşlarının da qəlbində böyük yaralar açdı. Bu ovqatı yaşayan Əli Rza Xələfli o ağrıları yüksək poetik bir dillə oxucuya çatdırır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikirlər şair-publisist Əli Rza Xələflinin “Gənclik” nəşriyyatında yeni işıq üzü görmüş “Qardaşımdan qalan dünya” kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin “Ön söz”ündə yer alıb.

“Qardaşımdan qalan dünya” poema-etüd olaraq ədəbiyyatımızda yeni janr kimi qeydə alına bilər. Əsərin həcmcə kiçik olmasına baxmayaraq, müəllifin sözə, sənətə, sözü yaradana və sözü bilənə sonsuz sevgisinin bəhrəsi kimi ərsəyə gəlib. Kitabda verilmiş bədii parçalar dördlüklə yazılsa da, ümumi düşüncə xətti baxımından ayrı-ayrı hadisə və epizodların arasındakı əlaqənin qırılmazlığını təmin edir.

Kitabda oxucu rəyləri də sosial şəbəkədən əxz olunmaqla oxuculara təqdim edilir.

Əsərə iqtisad elmləri üzrə fəlsəfə doktoru, yazıçı-publisist, Prezident təqaüdçüsü Şəddat Cəfərov rəy verib.

Mənbə: AZƏRTAC

Seçilən
4
1
ilk.az

2Mənbələr