AZ

Türkiyədə leysan yağış selə və torpaq sürüşməsinə səbəb olub

Nevşehirin (Türkiyə) Göreme qəsəbəsində güclü yağışdan sonra baş verən sel fəsadlara səbəb olub.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, Göreme qəsəbədə axşam saatlarına doğru şiddətli leysan yağıb.

Qaferli məhəlləsində güclü yağışdan sonra baş verən sel torpaq sürüşməsinə səbəb olub. Hadisə zamanı park edilmiş 2 avtomobilə ziyan dəyib.

Avanos rayonunun Çavuşin kəndində baş verən sel nəticəsində bütün relyefli avtomobil selin ortasında qalıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
146
10
ikisahil.az

10Mənbələr