AZ

Mançester Siti"nin futbolçusu İtaliya klubunda

İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi "Komo"ya keçib.

Sportnet.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası komandasında 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.

O, ötən mövsüm İspaniyanın "Las Palmas" klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.

Qeyd edək ki, 21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.


Seçilən
102
6
sportnet.az

7Mənbələr