AZ

Londonda karnaval zamanı 3 nəfər bıçaqlanıb

Londonda karnaval zamanı 3 nəfər bıçaqlanıb

Londonda hər il avqustda keçirilən “Notting Hill” karnavalı zamanı 3 nəfər bıçaqlanıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bıçaqlananlardan 32 yaşlı qadının həyatının təhlükədə olduğu bildirilib. Polisin məlumatına görə, indiyədək karnavalda 90 nəfər həbs edilib və onlardan 18-i hücum silahı saxlamaqda ittiham olunur.

Avqustun 25-də başlayan və 2 gün davam edəcək karnavalda ümumilikdə bir milyon insanın iştirakı gözlənilir. “Notting Hill” karnavalı Birləşmiş Krallıqda ən uzun müddət davam edən küçə şənliklərindəndir. Karnaval zamanı rəngarəng geyimli ifaçılar küçələrdə rəqs və musiqi ilə parad keçirirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: AZƏRTAC

Seçilən
74
2
ilk.az

3Mənbələr