AZ

Sissoko ÇL üçün Zaqrebə köçəcək

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Zaqreb “Dinamo”su yeni transferə hazırlaşır.

Futbolinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, klub “Çukariçki”nin yarımmüdafiəçisi Sambo Sissokonu heyətinə qatmaq niyyətindədir. Serbiya klubu ilə danışıqlara artıq start verilib.

24 yaşlı malili orta sahə oyunçusu Ukraynanın “Krivbas” və Belçikanın “Standart” klubunun da gündəmindədir. Lakin futbolçu özü Çempionlar Liqasında yer aldığından, “Dinamo”ya üstünlük verir. Komanda qitənin ən nüfuzlu klub turnirində qrupa vəsiqə qazansa, Sissoko transferə razılıq verəcək. Onun keçidi zaqreblilərə 1,5 milyon avroya başa gələcək.

Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında cavab matçı avqustun 28-də Bakıda keçiriləcək.

Seçilən
124
50
futbolinfo.az

10Mənbələr