AZ

Siyavuş Novruzov: Verilən dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil

Dəfn pullarının miqdarı artırılmalıdır.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Siyavuş Novruzov bildirib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil:

 

“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç onda birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”./APA

Tarix: 14 Noyabr 2023, 17:44   
Seçilən
302
17
pravda.az

10Mənbələr