Professor Nəsiman Yaqublunun qəzada ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cəbrayıl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə istintaq aparılır.
Hadisə mərhum professor Zəngilandan qayıdarkən, Cəbrayıl rayonunun Nüzgar kəndi ərazisində qeydə alınıb.