AZ

Millimizin üzvü karyerasını bitirdi

Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət millimizin üzvü Marsedes Volker karyerasını yekunlaşdırıb.

Sportnet.az xəbər verir ki, 2015-ci ildən yığmamızın formasını geyinən oyunçu son matçını Avropa Kubokunda Avstriya seçməsinə qarşı keçirib.

Millinin heyətində 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Marsedes bundan əlavə planetin ən böyük idman bayramı sayılan Olimpiya Oyunlarında da yığmamızın heyətində iştirak edib.


Seçilən
136
sportnet.az

1Mənbələr