AZ

Türkiyənin yeni təyyarədaşıyan gəmisinin dizaynı məlum olub

Yazını böyüt
Yazını kiçilt

Türkiyə “Anadolu” gəmisindən sonra donanmanın yeni flaqmanı üzərində işləyir. Milli Təyyarə Daşıyıcısı (MUGEM) üçün dizayn işləri sürətlə davam edir və artıq Milli Müdafiə Nazirliyinin Dəniz Qüvvələri Komandanlığına bağlı 110 nəfərdən ibarət komanda konseptual dizayn işlərini tamamlayıb.

Hafta.az-ın yazdığına görə, 1 uçuş və 1 eniş zolağına malik olacaq gəmidə ən azı 50 təyyarə və PUA olacaq.

Gəminin uçuş göyərtəsi üçün aviasiya sənayesinin aparıcı şirkətləri Baykar və TAI ilə birgə iş aparılıb. Dizaynda ən kritik mərhələlər tamamlanıb. 3D ümumi layout dizaynları davam edir.

“TRT Haber”in məlumatına görə, milli təyyarədaşıyan gəminin uzunluğu 258 metr, eni isə 72 metr olacaq. Onun yerdəyişməsinin 60 min ton olması planlaşdırılır və minimum 25 knot sürətə çata, yanacaq doldurmadan 10 min dəniz milini qət edə biləcək.

Gəminin layihəsi tamamlanan kimi hərbi tərsanələrdə tikinti prosesinə başlanılacaq.

Yeni gəmi Türkiyə donanmasının hazırda ən böyük gəmisi olan “Anadolu”dan təxminən 30 metr uzun olacaq. Anadolu gəmisində yüzdə 70 olan milliləşmə nisbəti yeni təyyarədaşıyanda 80 faizi keçəcək.

MUGEM yerdəyişmə və ölçü baxımından “Anadolu” ilə müqayisədə iki dəfə çox pilotsuz uçuş aparatı daşıyacaq. Onun məsafəsi və sürəti də “Anadolu”dan daha böyük olacaq.

Seçilən
186
13
hafta.az

10Mənbələr