AZ

Sabiq deputatla DSMF arasında pul davası: nə baş verib?

Milli Məclisin 2-ci çağırış deputatı olmuş Cahangir Hüseynov pensiyasından 36 min 112 manat tutulmasına görə Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.

Mia.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, keçmiş deputat iddia edib ki, ondan xəbərsiz pensiyasından 56 min 525 manat tutulması barədə sərəncam qəbul edilib.

Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı Hüseynova ödənilmiş artıq pensiya onun səhvi deyil. Belə olan halda ondan pul tutulması qanunsuzdur. Qərar qəbul edilib ki, iddiaçıdan tutulmuş 36 min 112 manat geri qaytarılmalı, qalıq məbləğin onun pensiyasından çıxılması dayandırılmalıdır.

Qərara əsasən, Cahangir Hüseynovun pensiyasından 15 min 52 manat məbləğində pulun tutulması qanunsuz hesab edilib. Həmin pulun ona qaytarılması cavabdehə həvalə edilib. Həmçinin iddiaçıdan başqa pul vəsaitinin tutulması qadağan edilib. Ali Məhkəmə qərarı qanunauyğun hesab edib.

Beləliklə, C.Hüseynovun pensiyasından tutulan 36 min 112 manat məbləğdən yalnız 15 min 52 manatı ona qaytarılıb. Nəticədə 21 min 60 manatı ondan geri alınmış olub. 

Seçilən
74
24
mia.az

10Mənbələr