Bu immuniteti və ürəyi gücləndirmək üçün əla vasitədir. Quru ərik, kişmiş və qozda çoxlu kalium ionları var. Kalium ürəyin ritmik işləməsi üçün lazımdır. Sağlamolun.az bildirir ki, bunun üçün bizə lazımdır:• 200 q gavalı;
• 200 q kişmiş;
• 200 q quru ərik;
• 200 q qoz;
• 100 q yemişan;
• 100 q itburnu. Bütün bunları bir ət dəyirmanında üyütmək lazımdır. Sonra bu qarışığa 250 q bal əlavə etmək lazımdır. Sonra qarışdırıb 10 gün soyuducuya qoyun. İstifadə qaydası: Hər gün boş mədəyə 1 yemək qaşığı qəbul edin. Dadlı, xoş və sağlam.
Saglamolun.Az