AZ

Pavel Durov Parisdə müstəntiq hakimi qarşısına çıxarılıb

Fins.az xəbər verir ki, Telegram-ın həmtəsisçisi Pavel Durov Parisdə istintaq hakimi qarşısına çıxarılıb. Bu gün axşam, avqustun 28-də onun 96 saatlıq həbs müddəti başa çatır. Bundan sonra istintaq hakimi Durovun azadlığının məhdudlaşdırılması ilə bağlı məsələni həll etməlidir. Avqustun 24-də həbs olunduqdan sonra dörd gün ərzində Pavel Durov Telegram-da 12 ittihamın daxil olduğu istintaq çərçivəsində dindirilib. Onların mahiyyəti ondan ibarətdir ki, platforma ağır cinayətlərin açılması üçün Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina edir. BFMTV-nin məlumatına görə, istintaq hakimi polisin prosessual hərəkətinə, yəni Pavel Durovun həbsinə xitam verib. Bu, iş adamının məhkəmə dindirilməsi məqsədilə edilib. Onun nəticələrinə əsasən, Bloomberg-in yazdığı kimi, hakim cənab Durova qarşı ittiham irəli sürmək, yoxsa ona iş üzrə şahid statusu vermək və onu azad etmək barədə qərar verməli olacaq. Fransada ibtidai araşdırmaların aparılmasına müstəntiq hakim cavabdehdir.

Pavel Durovun dindirildiyi ittihamlar arasında hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, çirkli pulların yuyulması, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanması və yayılmasında iştirak və narkotik vasitələrin qanunsuz dövriyyəsində şəriklik var. Həmtəsisçinin həbsindən sonra Telegram komandası bəyan edib ki, messencer Avropa qanunlarına uyğundur, platformada məzmun moderasiyası qaydaları isə sənaye standartlarına uyğundur.

Kaira Agayeva 

Fins.az

Seçilən
196
18
fins.az

10Mənbələr