AZ

Polis Qubada əməliyyat keçirdi - 8 nəfər saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Sahib Bağırov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məluma görə, onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və 5 kiloqram marixuana aşkarlanıb.

Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 7 nəfər saxlanılıb. Bu tədbirlər zamanı müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
58
7
modern.az

8Mənbələr