Türkiyənin "Nilufər Bələdiyəspor" klubunun puerto-rikolu voleybolçusu Pilar Mari Viktoriya Lopes naməlum şəraitdə dünyasını dəyişib. Sport24.az xəbər verir ki, Türkiyə təmsilçisinin mətbuat xidməti bu barədə məlumat paylaşıb.
28 yaşlı voleybolçunun cəsədini evində tapıblar. İlkin ehtimala əsasən, yuxusuzluq problemi yaşadığı üçün idmançı yatmamışdan əvvəl dərman qəbul edib.
Hadisə ilə bağlı araşdırmalar aparılır. Lopesin ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta