Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis sentyabrın 2-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
| S. | Ad/Soyad | Klub |
| 1 | Mehdi Cənnətov | Sumqayıt |
| 2 | Rza Cəfərov | Neftçi |
| 3 | Yusif İmanov | Sabah |
| 4 | Amin Seydiyev | Sabah |
| 5 | Qismət Alıyev | Zirə |
| 6 | Abbas Hüseynov | Qarabağ |
| 7 | Şəhriyar Əliyev | Turan Tovuz |
| 8 | Rahil Məmmədov | Radomiak Radom, Polşa |
| 9 | Bədavi Hüseynov | Qarabağ |
| 10 | Bəhlul Mustafazadə | Qarabağ |
| 11 | Elvin Cəfərquliyev | Qarabağ |
| 12 | Elvin Camalov | Sabah |
| 13 | Coşqun Diniyev | Bandırmaspor, Türkiyə |
| 14 | Aleksey İsayev | Qarabağ |
| 15 | Xəyal Nəcəfov | Turan Tovuz |
| 16 | Emin Mahmudov | Neftçi |
| 17 | Emil Mustafayev | Polesye, Ukrayna |
| 18 | Ceyhun Nuriyev | Zirə |
| 19 | Ozan Can Kökçü | HJK, Finlandiya |
| 20 | Toral Bayramov | Qarabağ |
| 21 | Ramil Şeydayev | Neftçi |
| 22 | Nəriman Axundzadə | Qarabağ |
| 23 | Rüstəm Əhmədzadə | Zirə |
| 24 | Renat Dadaşov | Ankaragücü, Türkiyə |
Millimiz sentyabrın 2-də və 3-də, saat 18:00-da “Azersun Arena”da məşq keçəcək. Sentyabrın 4-də, saat 19:00-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşq olacaq. Komanda İsveç yığması ilə oyundan bir gün sonra - sentyabrın 6-da, saat 16:00-da Slovakiyanın Koşitse şəhərinə yola düşəcək. Baş məşqçi Fernandu Santuş komandanı sentyabrın 7-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq. Sentyabrın 8-də baş tutacaq qarşılaşmadan sonra komanda Bakıya yola düşəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə, sentyabrın 8-də isə Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.