Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “qırmızı-ağlar” sentyabrın 7-də Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, matç “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək. /İdman.biz